"Eldar Namazov mənə dedi ki, biz seçkidə gərək Cənab Prezidenti dəstəkləyəydik"
"Dekabrın 2-də Eldar Namazov məni görüşə çağırdı. Dedi ki, gəl görüşək. Dedim harda görüşək? Dedi ki, Yasamal rayonunda Tusi adına Klinika var, onun yanında mənim anamın evi var, orda görüşək. Eldar Namazovun yanında bir cavan oğlan da var idi. O çox peşman idi".Bu fikirləri SİA-ya açıqlamasında Eldar Namazovun Milli Şuradan istefa verməsinə münasibət bildirən "EL" Hərəkatının sədri Əflan İbrahimov bildirib.Ə.İbrahimov qeyd edib ki, E.Namazov hazırda böyük peşmançılıq içindədir: "Dekabrın 2-də biz E.Namazovun anasının evinin qabağında görüşəndə o mənə dedi ki, biz gərək seçkidə Cənab Prezidenti dəstəkləyəydik. Əflan, sən o vaxtı düz deyirdin, Milli Şurada məni də aldatdılar, bunlar hamısı Rüstəmin, Eldənizin oyunlarıdır. Əflan, indi baş düşürəm ki, onda gərək sənin sözünə qulaq asaydıq".Ə.İbrahimov deyib ki, E.Namazovun istefa verəcəyini bir gün əvvəldən bilirdim: "E.Namazov mənə dedi ki, 1-2 günə mən də Milli Şuradan istefa verəcəm. Gördüyünüz kimi, o istefa verdi. E.Namazov mənə dedi ki, bu görüş aramızda qalsın, yəni kimsənin xəbəri olmasın. Mən isə mətbuata açıqlama verəcəyimi onun özünə elə orda demişdim".
sia.az