PDF Oxu

Siyasət

  • 47

Elman Abdullayev: “Azərbaycanın bu niyyəti, strategiyası addım-addım həyata keçirilir”

Elman Abdullayev: “Azərbaycanın bu niyyəti, strategiyası addım-addım həyata keçirilir”

"Bu gün Azərbaycan həmin sazişi imzalamaqla ölkəmizin dünya üçün açıq olduğunu bir daha sübut etdi"

"Noyabrın 28-29-da cənab Prezident İlham Əliyevin də iştirakı ilə Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında şengen vizasının sadələşdirilməsi haqqında sazişin imzalanması çox önəmli bir addım idi". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycanın əldə etdiyi uğurları şərh edərkən deyib.Onun sözlərinə görə, dövlətimizin müstəqil xarici siyasəti və müstəqil qərarlar qəbul etməsi həqiqətən də dünya arenasında nüfuzunun artmasına səbəb olub: "Artıq biz bu sazişin detallarını açıqladıq. Həmin sazişlə insanların Avropaya səfərləri bir növ asanlaşacaq. Eləcə də burada müəyyən kateqoriyalı insanlar üçün daha əlverişli mühitin yaranmasından söhbət gedir. Bu gün Azərbaycan həmin sazişi imzalamaqla ölkəmizin dünya üçün açıq olduğunu bir daha sübut etdi. Bununla belə Azərbaycan dünyaya inteqrasiya etməkdə maraqlı olan ölkə kimi avro-Atlantik strukturlarla yaxınlaşmağa meylli ölkə olduğunu nümayiş etdirdi. Çünki, ölkəmiz milli maraqlarımıza əsasən beynəlxalq ictimaiyyətlə ciddi əməkdaşlıq aparmaq və bu əməkdaşlığı genişləndirmək əzmindədir. Azərbaycanın bu niyyəti, strategiyası addım-addım həyata keçirilir. Təbii ki, bu sazişin imzalanması da növbəti addımlardan biri kimi xarakterizə edilir. Burada əsas söhbət xalqlar arasındakı təmasdan və səfərlərdən gedir. Həmin saziş iqtisadi imkanları daha da genişləndirməklə yanaşı, qarşılıqlı investisiyaların artmasına səbəb olacaq".Elman Abdullayev bildirib ki, həmin saziş hətta mətbuat nümayəndələrimizin dünyada, xüsusilə Avropa məkanında baş verən prosesləri asanlıqla işıqlandırmaq imkanına şərait yaradacaq: "Çünki, bizim jurnalistlərimiz Avropaya səfər etmək istəyərkən çox böyük problemlərlə (akkreditasiya, viza əngəlləri və s.) üz-üzə qalırdı. Təbii ki, bu gün həmin müddəanın xüsusi olaraq sazişdə göstərilməsi və həmin kateqoriyadan olan insanlar üçün əlverişli şəraitin yaradılması birmənalı şəkildə irəliyə atılan addımdır. Amma viza rejiminin sadələşdirilməsi sazişi növbəti mərhələdən (Azərbaycan Milli Məclisi və Avropa Parlamenti tərəfindən ratifikasiya olunmalıdır) keçməlidir".

sia.az

Digər xəbərlər