PDF Oxu

Siyasət

  • 63

Aytən Mustafayeva: “Azərbaycana təzyiq etmək çətin məsələdir”

Aytən Mustafayeva: “Azərbaycana təzyiq etmək çətin məsələdir”

"Ukraynada baş verən hadisələrdən hər kəs xəbərdardır. Rusiya Ukraynanı ələ keçirib, bu məsələ bu il yox, hələ Yanukoviç Ukraynanın prezident seçiləndə həll olunmuşdu. Rusiyanın Ukraynaya təsirini Azərbaycanla eyniləşdirmək məntiqsizlikdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva bildirib. Rusiyanın Azərbaycana təzyiqlər göstərməsi haqqında iddialarla bağlı suallarımızı cavablandıran millət vəkili A.Mustafayeva qeyd edib ki, Azərbaycana təzyiq etmək çətin məsələdir, Azərbaycan böyük gücə malikdir. Bunu bütün dünya bilir, eləcə də Rusiya. İndi o dövr deyil ki, hansısa dövlətin iradəsi ortada olmadan, bu və ya digər formada həmin dövlətə təzyiq edəsən. Xüsusilə, Azərbaycan kimi inkişaf etmiş bir dövlətə belə təzyiqlər təsirsiz ötüşər".

sia.az

Digər xəbərlər