PDF Oxu

Siyasət

  • 90

Sədaqət Vəliyeva: “Milli Şura artıq dağılır”

Sədaqət Vəliyeva: “Milli Şura artıq dağılır”

Milli Şura müxalifətin ənənəvi yaratdığı qurumlardan biri idi. Müxalifət hər seçkiöncəsi bu cür fəaliyyətsiz qurumlar yaradır, böyük "iddialar" ortaya qoyurlar. Nəticə isə ortadadır. Milli Şura artıq dağılır. Bu fikirləri SİA-ya açıqlamasında YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib.O qeyd edib ki, Milli Şuranın taleyi əvvəldən məlum idi və elə qurum yaradılanda cəmiyyət tərəfindən ciddi qəbul edilməmişdi: "Bu qurumun indiki vəziyyəti də sübut edir ki, Milli Şura anti-Azərbaycançı dairələrin əlində bir oyuncağa çevrilib. Məhz, xalq arasında nüfuzunu tamamilə itirmiş şəxslərin yaratdığı bu qurum heç bir halda uğur qazana bilməzdi. Milli Şuradakı istefalar gözlənilən idi, bundan sonra ordakı 5-10 adam da oistefa verəcək".

sia.az

Digər xəbərlər