PDF Oxu

Siyasət

  • 53

Siyavuş Novruzov: "Müsavat və AXCP-nin hələ də Milli Şurada qalması mənasızdır"

Siyavuş Novruzov: "Müsavat və AXCP-nin hələ də Milli Şurada qalması mənasızdır"

Milli Şura adlı qurum mövcud deyil. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib."Ümumilkdə, Milli Şura deyilən bir qurum çoxdan yoxdur. Bu, heç arabanın beşinci təkər rolunu da oynamır. Heç olmasa beşinci təkər hansısa funksiya yerinə yetirə bilir. Amma Milli Şurada o funksiya da qalmayıb" - deyə millət vəkili qeyd edib.Milli Şurada Rüstəm İbrahimbəyovun Cəmil Həsənli ilə əvəzlənməsinə münasibət bildirən Siyavuş Novruzov vurğulayıb ki, əslində, bunun qurum üçün heç bir əhəmiyyəti yoxdur: "Milli Şuraya sədrin seçilib-seçilməməsi əhəmiyyət kəsb etmir. Bəzi partiyaların Milli Şuradan ayrılmaları da onların nə qədər zəif olduqlarının göstəricisidir. Orada Müsavat və AXCP-nin hələ də qalması mənasızdır".YAP İcra katibinin müavini deyib ki, bir zamanlar Rüstəm İbrahimbəyovu özlərinə lider seçənlər indi də ondan imtina edirlər: "Çünki İbrahimbəyov vaxtilə onlara vəd etdiklərini zamanında çatdırmayıb. Rüstəm İbrahimbəyovun şəkillərini qaldıran, salamını çatdırmaqdan ötrü dəridən-qabıqdan çıxanlar, Gürcüstanda onun yanında oturmaq üçün dava edənlər İsa Qəmbər, Əli Kərimli və digərləri bu gün deyirlər ki, başqa ölkənin vətəndaşı olan insandan "fəxri sədr" də olmaz. Rüstəm İbrahimbəyovu özlərinə sədr seçənlərin hazırda onu qəbul etməmələri onların bir-birlərinə nə qədər "səmimi" olduqlarının göstəricisidir. Düşünürəm ki, İbrahimbəyov bu insanlara nə isə boyun olub, amma onu vaxtında çatdırmayıb. Buna görə də belə bir qarşıdurma yaranıb".

sia.az

Digər xəbərlər