Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi "zərərli vərdişlərdən uzaq, yenilikçi gənclər" layihəsi çərçivəsində sosial çarxların hazırlanmasına başlanılıb. SİA-nın məlumatına görə, gənclərdən ibarət qrup əvvəlcə layihə üçün aktual olan mövzuları müəyyənləşdirərək insanları zərərli vərdişlərdən uzaq olmağa həvəsləndirən, bu vərdişlərin onların həyat və sağlamlığına mənfi təsir etdiyini özündə əks etdirən sosial çarxlar hazırlayırlar.Qeyd edilən çarxların gənclər arasında təbliği və sosial şəbəkələr vasitəsilə daha geniş əhali kütləsinə çatdırılması nəzərdə tutulub. Siqaret və narkotik maddələrdən istifadə edənlərin yaş tərkibinin ildən-ilə gəncləşdiyini nəzərə alan gənclər bu mövzuya daha çox diqqət yetirməyi qarşılarına məqsəd qoyublar. Bundan əlavə, sosial çarxlarla yanaşı, eyni mövzulardan bəhs edən buklet və büroşüraların hazırlanması, insanların daha sıx olduğu məkanlarda paylanması da layihənin əsas məqsədləri sırasında yer alıb.
sia.az