Gələn il yanvarın 1-dən etibarən mobil rabitə operatorları nömrələrin daşınması sisteminin tətbiqinə başlayacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasov qeyd edib ki, Mobil Nömrələrin Daşınması (MNP) sisteminin tətbiqi prosesi ilə bağlı tənzimləyici orqanla operatorlar arasında ciddi danışıqlar gedir. Onun sözlərinə görə, demək olar ki, bu sahədə problemlər öz həllini tapıb.
"Bu sisteminin tətbiqi nəticəsində mobil operatorlar arasında rəqabət daha da güclənəcək. Bu isə mobil danışıq tariflərinin aşağı düşməsinə şərait yaradacaq"- deyə, nazir vurğulayıb.
yap.org.az