Azərbaycanda tolerantlıq adət-ənənələri, artıq millətimizin milli kimliyinin bir parçası olan bu xüsusiyyət böyük bir sosial təbliğatdır. Bu fikri Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Tolerantlığın müstəqil dövlət quruculuğunun inkişafında əsas amillərdən biri olduğunu deyən E.İskəndərov bildirib ki, Azərbaycanın dünyəvi, tolerant dini etiqad azadlığını tam şəkildə yaşandığı bir ölkə kimi bərqərar olunmasında tolerantlıq önəmli bir sosial faktordur. Onun sözlərinə görə, Azərbaycandakı tolerantlıq modeli dünya dövlətləri tərəfindən çox müsbət bir model kimi qəbul olunur.
"Bu günkü dünyada müxtəlif zəmində yaranan münaqişələrin dini əsasa çevirmək cəhdləri var. Bəzən bu cəhdlər şüursuz şəkildə, bir çox hallarda isə düşünülmüş, şüurlu şəkildə edilir. Müxtəlif tarixi dövrlərdə dini faktordan tərəfdarların mobilizasiya edilməsi amili, başqalarını ayrı-seçkilik vasitəsilə sosial həyatdan təcrid etmə faktoru kimi istifadə olunub. Ona görə də, Azərbaycan kimi dünyəvi dövlətdə dini tolerantlığın olması çox önəmli bir model kimi dünyada çox müsbət bir model kimi beynəlxalq önəmə də malikdir. Lakin bu modeli təqdim etmək üçün xüsusi səylər göstərmək lazımdır. Bu səylər artıq beynəlxalq səviyyəyə çıxıb"- deyə, Dövlət Komitəsinin sədri qeyd edib.
yap.org.az