"Nazirlik tərəfindən mobil operatorlar üçün təyin edilən qiymət 5 qəpikdir. Mobil operatorlar nə qədər çalışsalar da, mobil danışıqları 5 qəpikdən aşağı sala bilmirlər. Lakin biz artıq nazirlik tərəfindən müəyyən edilən qiymətin 5 qəpiklə 2 qəpik arasında müəyyən etməyi planlaşdırırıq". Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Ə.Abbasov bildirib ki, bundan sonra mobil operatorlar da danışıqların qiymətini aşağı sala biləcəklər. Onun sözlərinə görə, mobil sektorda qiymətlər bazar münasibətləri ilə tənzimlənir.
"Amma burada müəyyən məhdudiyyətlər var. Yəni mobil operatorlar arasında olan hər dəqiqənin qiymətini tənzimləyici orqan olaraq Nazirlik təyin edir"- deyə, Ə.Abbasov qeyd edib.
yap.org.az