PDF Oxu

Siyasət

  • 60

Azərbaycan-İraq hökumətlərarası komissiyanın birini iclasının protokolu imzalanıb

Azərbaycan-İraq hökumətlərarası komissiyanın birini iclasının protokolu imzalanıb

Bu gün Bakıda keçirilən ticarət, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-İraq hökumətlərarası komissiyasının birinci iclasının gələcək əməkdaşlıq haqqında protokolu imzalanıb.

Azərbaycan tərəfdən sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Ababsov, İraq tərəfdən əyalət işləri üzrə dövlət naziri, rabitə nazirinin səlahiyyətlərini icra edən Tarhan əl-Müfti imzalayıblar.

Tərəflər gələcək ikitərəfli, o cümlədən təhsil və elmi tədqiqatlar, İKT, maliyyə, vergi və gömrük sahələri, eləcə də kənd təsərrüfatı, mədəniyyət və turizm və s. sahələrdə əməkdaşlığın inkişafı barədə razılığa gəliblər.

Hökumətlərarası komissiyanın ikinci iclası İraqda keçiriləcək.

yap.org.az

Digər xəbərlər