ATƏT-in əsas vəzifələrindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində irəliyə doğru addım atılmasını təmin etməkdir"
"Sabah öz işinə başlayacaq ATƏT XİN rəhbərlərinin toplantısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələni mütləq şəkildə qaldıracaq". SİA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyib.N.Məmmədov bildirib ki, sabah keçiriləcək toplantıda münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq: "ATƏT-in Minsk qrupu da bu quruma daxil olduğuna görə, təşkilatın Azərbaycanla bağlı əsas vəzifələrindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində irəliyə doğru addım atılmasını təmin etməkdir".Xatırladaq ki, ATƏT XİN rəhbərlərinin yığıncaqları hər ilin dekabrında üzv ölkələrin və tərəfdaş dövlətlərin nazirlərinin iştirakı ilə keçirilir. Yığıncaqda təşkilatın il ərzində fəaliyyətinin yekunları və əməkdaşlığın perspektivləri müzakirə olunur. Azərbaycanı toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Onun ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub. E. Məmmədyarov GUAM xarici işlər nazirlərinin iclasına da qatılacaq.
sia.az