"Bu günə qədər "Milli Şura" daxilində baş verən bütün proseslər siyasi mədəniyyətə ziddir. Dünənki sessiya da bu şəkildə keçirilib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.E.Mirzəbəyli deyib ki, "Milli Şura" daxilində baş verənlər porodoksal haldır: "Dünənə qədər Müsavat partiyası Rüstəm İbrahimbəyovu dəstəkləyirdi, bu gün isə xarici ölkə vətəndaşı olduğuna görə bu qurumun sədri ola bilməyəcəyini deyir. Yəni bu porodoksal bir haldır. Bu adamlar siyasi maraqlarla konyuktura xatirinə, hətta Azərbaycan konstitusiyasını nəzər almamaq əxlaqına və özlərinin qeyri sabit addımlarına istənilən don geyindirmək bacarığına malikdirlər".
sia.az