PDF Oxu

Siyasət

  • 55

Səfir Fuad İsgəndərov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ qəti mövqedən çıxış etməlidir"

Səfir Fuad İsgəndərov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ qəti mövqedən çıxış etməlidir"

Brüsseldə Aİ – Azərbaycan siyasi dialoq görüşü keçirilib

Dünən Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi səviyyəsində Azərbaycanla növbəti siyasi dialoq görüşü keçirilib. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycanı Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı, Səfir Fuad İsgəndərov, Avropa İttifaqını isə Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Volter Stivens təmsil ediblər.V.Stivens Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs zirvə görüşü sonrasında Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın gələcək inkişafı imkanlarından bəhs edib, bölgədə təhlükəsizlik məsələlərinə toxunaraq, Azərbaycanın bölgədə oynadığı rolundan danışıb.Səfir Fuad İsgəndərov Aİ tərəfinə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin və bu prosesdə Aİ-nin qəti mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, Avropa Parlamentinin bu ilin 24 oktyabr tarixində qəbul etdiyi qətnaməsi və burada BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə istinad edildiyi xatırlanıb.İclas çərçivəsində Səfir Fuad İsgəndərov həmçinin, Azərbaycanda daxili proseslərin son inkişafı, siyasi və sosial-iqtisadi islahatlar haqqında ümumi məlumat təqdim edib, Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspekrivləri müzakirə olunub.Rəsmi iclasla yanaşı, digər Cənubi Qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə birgə işçi nahar yeməyi təşkil edilib. Nahar yeməyi zamanı geniş regional proseslər, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər