Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Kiyevdə təkbətək görüş keçiriblər. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsində yazılıb.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi müzakirə edilib.Qeyd edək ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Nazirlər Şurasının iclasında iştirak etmək üçün Kiyevdə səfərdədirlər.
sia.az