Energetika Nazirliyində Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə nazir müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Avstriya iqtisadiyyatının müxtəlif sektorlarından şirkət rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş zamanı energetika nazirinin müavini Gülməmməd Cavadov ölkələrimiz arasında əlaqələrin dostluq müstəvisində davam etdiyini, tərəflər arasında işgüzar görüşlərin intensivləşdiyini diqqətə çatdırıb. Azərbaycanın gələcək hədəflərində ixrac potensiallı, rəqabətyönümlü müəssisələrin, eyni zamanda, innovativ sahibkarlığın inkişaf etdirilməsinin yer aldığını deyən G.Cavadov qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.Görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Həmçinin əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
sia.az