PDF Oxu

Siyasət

  • 61

ABŞ-Azərbaycan əlaqələri müxtəlif sahələr üzrə səmərəli inkişaf edir

ABŞ-Azərbaycan əlaqələri müxtəlif sahələr üzrə səmərəli inkişaf edir

Dekabrın 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qonaq naziri yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmiş, ona gələcək işlərində uğurlar arzulamışdır.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırmışdır.

ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli inkişaf etdiyini bildirən Zakir Həsənov, ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf perspektivlərini də qeyd etmişdir.

Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq, regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunmuşdur.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak etmişdir.

yap.org.az

Digər xəbərlər