PDF Oxu

Siyasət

  • 52

Aydın Hüseynov: “Nə müxalifətin, nə də Milli Şuranın Azərbaycanda gedən siyasi proseslərə təsir etmək üçün gücü var”

Aydın Hüseynov: “Nə müxalifətin, nə də Milli Şuranın Azərbaycanda gedən siyasi proseslərə təsir etmək üçün gücü var”

"Azərbaycanın daxili və xarici siyasətinə təsir edə biləcək elə bir qüvvə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.Onun sözlərinə görə, prezident seçkiləri ərəfəsində Milli Şuranın iştirakı üçün hər bir şərait yaradılsa da, xalq onlara cuzi səs verməklə yerlərini nümayiş etdirmiş oldu.Aydın Hüseynovun sözlərinə görə, artıq Milli Şura dağılmaq üzrədir: "Son günlərdə Rüstəm İbrahimbəyovun sədrlikdən istefa verməsi, daha sonra Eldar Namazovun üzvlükdən istefası elə bir başa Milli Şuranın dağılmasını sübut edir. Bir qurumdan onun yaradıcısı imtina edirsə, bu həmin qurumun iflası deməkdir. Cəmil Həsənlinin Milli Şuranın sədri vəzifəsinə gətirilməsi də Milli Şuranın bitməsi deməkdir. Çünki, Milli Şurada təmsil olunan əsas partiyalar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyasıdır. Həmin partiyaların da bir-birinə 20 illik kin-küdurətini nəzərə alaraq, onların heç vaxt bir araya gələ bilmədiyi hamıya məlumdur. Nə müxalifətin, nə də Milli Şuranın Azərbaycanda gedən siyasi proseslərə təsir etmək üçün gücü var".

sia.az

Digər xəbərlər