PDF Oxu

Siyasət

  • 63

Vilayət Əliyev: “Azərbaycanın 21 ildə yüksəlişi Ulu öndərin adı ilə bağlıdır”

Vilayət Əliyev: “Azərbaycanın 21 ildə yüksəlişi Ulu öndərin adı ilə bağlıdır”

"Ümummilli Lider Heydər Əliyev həyatdan cismani köçüb. Ulu Öndər bir dahi kimi Azərbaycan xalqının, eləcə də bəşəriyyətin, insanlığı sevən hər bir kəsin qəlbində əbədi yaşayır". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Vilayət Əliyev Ümummilli Lider Heydər Əliyevlə bağlı danışarkən deyib. O bildirib ki, Müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.Ulu Öndərin saysız-hesabsız silahdaşa malik olduğunu deyən V. Əliyevin sözərinə görə, Ümummilli Lider elə bir şəxsiyyət olub ki, onun haqqında əbədi köçüb deməyin özü belə bəzən xoşagəlməyən ifadə kimi səslənir, ona görə ki, Ümummilli Lider Heydər Əliyev kimi dahilər heç vaxt həyatdan əbədi köçmür: "Onlar cismən ölsələr də, mənən əbədi olaraq yaşayırlar. Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, böyüklüyü haqqında çoxlu sayda əsərlər yazılıb, konfranslar keçirilib. Lakin 12 dekabr tarixi yaxınlaşdıqca, bu məsələlər hamının diqqətində daha da artmağa başlayır. Ulu Öndər bir dahi, tarixi şəxsiyyət kimi yetərincə hörmət qazanan, sevilən insanlardan olub. Mən də Ümummilli Lideri yaxından tanıyanlardan biri olmuşam. 90-cı illərin əvvəllərində Azərbaycanda xaos yarandığı bir dövrdə xalqımız yanız bir şeyi düşünürdü ki, ölkəmizin taleyi necə olacaq. Həqiqətən də ölkəmizi çox çətin günlər gözləyirdi. Hətta o zaman Azərbaycanın parçalanması, bölünməsi də qaçılmaz idi. Hamının diqqəti Moskvada idi. Hər kəs Ümummilli Liderin xilaskar olacağını çox yaxşı dərk edirdi. Bu dövrdə də addım atan insanlardan biri də mən olmuşam. O zaman sayılan, seçilən insanlar Ulu Öndərə müraciət etdi. Belə bir vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlməsi, hamı tərəfindən arzulanan ideya idi. Həmin dövrdə qəzetdə 91 ziyalının imzası şərti olaraq getsə də, əslində bu, xalqın 95 faizinin istəyi, arzusu idi. Çünki bütün xalq bilirdi ki, Azərbaycanı bəladan qurtara biləcək yegan insan Ümummilli Lider Heydər Əliyevdir və yalnız o Azərbaycana döndüyü zaman ölkəmiz xaosdan qurtula bilər. Çünki, Ümummilli Lider Heydər Əliyev dağılan SSRİ-nin incəliyini, ölkəmizdə və dünyada gedən prosesləri bilən bir dahi şəxsiyyət idi. Dünyanın hər yerində Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu çox üstün idi. Belə olan halda, yalnız Ümummilli Lider ölkəmizi dinc yolla millət quruculuğuna apara bilər və insanları yoxsulluqdan xilas edə bilərdi".Ulu Öndərin ömrü böyü dövlət quruculuğu ilə məşğul olduğunu deyən YAP Siyasi Şurasının üzvü söyləyib ki, dahi lider adi bir insan deyildi: "SSRİ-də çalışdığı zaman ən ağır işləri məhz o həyata keçirirdi. Harda çətinlik, problem olardısa, Ulu Öndər ora səfərbər olunardı. Ona görə də belə bir insanın Azərbaycana hakimiyyətə gəlməsi, xalqı ruhlandırdı. Moskvadan qayıdaraq iki gün Bakıda qalması xalqımızı ayağa qaldırmışdı. Onun qarşılanma mərasimində mən şəxsən iştirak etmişəm. Onun ölkəmiz gəlişi bir an içində bütün Azərbaycana yayıldı və xalq dedi ki, hakimiyyətə Heydər Əliyev gəlməlidir. İki gündən sonra Ümumilli Lider Naxçıvana getdi və onu orada çox isti bir mühit qarşıladı. Onlar Ümumilli Liderə qucaqlarını açıdılar. Dahi lider Naxçıvanı bəlalardan qurtarıb, bu istiqamətdə çox böyük işlər görüb. Lakin Azərbaycan əldən gedirdi. Belə vəziyyəti görən Ulu Öndər Azərbaycandan ona gedən çağırışa səs verdi. Azərbaycana gələrək ölkəmizi bəlalardan qurtardı, iqtisadi cəhətdən yüksəlişin əsasını qoydu. Əgər o zaman Ümumilli Lideri tərəfindən Neft müqaviləsi bağlanmasaydı, ölkəmiz heç bir zaman iqtisadi cəhətdən güclü ola bilməzdi. Dünya, xüsusilə də Avropa ölkələri Azərbaycanı tanımağa məcbur oldular, ona görə ki, iqtisadi cəhətdən bizdən asılı idilər. İllər keçdikdə Ümumilli Liderin nə qədər dahi və uzaqgörən olduğunu hər Azərbaycanın 21 ildə yüksəlişi bir azərbaycanlıya bir daha agah olur".

sia.az

Digər xəbərlər