Qazaxıstan Trans-Xəzər nəqliyyat dəhlizinin tranzit potensialının artırılmasına istiqamətlənib. SİA-nın məlumatına görə, bunu "Qazaxstan Dəmir Yolları" SC-nin prezidenti Əsgər Mamin İstanbulda III Xəzər Forumunda çıxışı zamanı deyib.Onun sözlərinə görə, İstanbulun şərq və qərb hissələrini birləşdirən "Marmaray" tunelinin istismara verilməsi, Axalkalaki-Qars dəmiryolu qolunun tikintisi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın uğurlu əməkdaşlığı Çindən Avropaya yük çatdırmağa imkan verən Trans-Xəzər nəqliyyat dəhlizinin potensialını artırır.Ə.Mamin qeyd edib ki, Qazaxıstan ölkədə nəqliyyat və logistik infrastrukturun yaxşılaşdırılması sahəsində iri layihələr həyata keçirir: "2014-2020-ci illərdə Qazaxıstanın nəqliyyat sektoruna 45 milyard dollar sərmayə yatırılacağı gözlənilir. Bu dövrdə 1500 kilometr uzunluğunda yeni dəmiryol xəttinin çəkilməsi planlaşdırılır".
sia.az