Tarif dəyişikliyindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqinin əhatə dairəsini və intensivliyini daha da artırıb. Bu fikri Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.
Z.İsayev bildirib ki, ərzaq mallarının pərakəndə satış qiymətlərində artım yoxdur. Onun sözlərinə görə, bununla yanaşı, Dövlət Xidməti tərəfindən istehlak bazarında intensiv nəzarət tədbirləri davam etdirilir.
sia.az