PDF Oxu

Siyasət

  • 66

Ziyad Səmədzadə: Azərbaycanda əlverişli sərmayə mühiti yaradılıb

Ziyad Səmədzadə: Azərbaycanda əlverişli sərmayə mühiti yaradılıb

"Azərbaycana son on ildə 150 milyard dollardan çox sərmayə qoyulub". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycanda əlverişli sərmayə mühiti yaradılıb. Onun sözlərinə görə, ən iri beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sahədə, sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirirlər.

"Ölkəyə qoyulan sərmayənin bir hissəsi xarici investorların payına düşür. Gələn il və sonrakı illərdə xarici sərmayədarlar Azərbaycanın informasiya texnologiyalarına, emal sənayesinin inkişafına, nano texnologiyaların inkişafına sərmayə qoyulacaq. Bu da bütövlükdə Azərbaycan iqtisadiyyatı strukturunun təkmilləşdirilməsinə xidmət edir"- deyə, komitə sədri vurğulayıb.

sia.az

Digər xəbərlər