Azərbaycan teleməkanında rəqəmsal yayıma keçiddən sonra telekanallarda istənilən verilişi istənilən vaxt izləmək imkanı yaranacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, rəqəmsal yayıma keçiddən sonra bu proses Azərbaycanda da baş verəcək. Onun sözlərinə görə, bu xidmətlər ödənişli əsaslarla müəyyən qurumlar tərəfindən göstərilə bilər.
"Həmin xidməti təşkil edən qurumlar da olmalıdır, çünki bu, artıq biznes fəaliyyətidir. Yəni müəyyən qurumlar görəcəklər ki, bu, gəlirli biznes sahəsidir, onunla məşğul olacaqlar. Yəni MTRŞ bu işlə məşğul olmayacaq"- deyə, N.Məhərrəmli qeyd edib.
sia.az