"Ümumilli lider Heydər Əliyevin qiyməti, dəyəri hər zaman hiss edilir". Bu sözləri millət vəkili Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı SİA-ya danışarkən deyib. O bildirib ki, Ümummilli liderin fəaliyyəti, onun Azərbaycan xalqı qarşısında gördüyü işlər yaşadığı dövrdə, indiki zamanda da yüksək qiymətləndirilir.Millət vəkilinin sözlərinə görə, dahi lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər kimi gəlməsi, ölkəmizi bölünməkdə olan Respublikadan müstəqil dövlətə çevirdi.A.Rəhimzadə həmçinin bildirib ki, dahi şəxsiyyətin hakimiyyəti dövründə Azərbaycan qısa müddət ərzində inkişaf etdi: "Çox az bir zamada ölkəmizdə bütün sahələr üzrə mühüm işlər görüldü. Kənd təssərrüfatı, sənaye və bu kimi digər yeni sahələr yaradıldı. Azərbaycan SSRİ-də az ölkələrdən biri idi ki, özünü öz xərci ilə təmin edə, dolana bilirdi. Azərbaycan Ümumittifaq Fondundan vəsait istəmirdi, əksinə özü donor idi".Azərbaycanın ağır vəziyyətlərində məhz Ümummilli Liderə müraciət etməsi təsadüfi deyil.Dahi Liderin insan olaraq xasiyyətlərindən danışan A. Rəhimzadə qeyd edib ki, Ulu Öndərin xasiyyətində nə qədər mülayimlik olsa da, bir o qədər də sərtlik var idi: "Onun bu xasiyyəti qanunu pozanlara aid idi. Bununla bağlı bir faktı qeyd etmək istəyirəm. O dövrdə Respublikada Qanbay Məmmədov adlı tanınan bir prokuror var idi. O Heydər Əliyev tərəfindən müəyyən hərkətlərinə görə cəzalandırılmışdı . Lakin buna baxmayaraq o, Azərbaycan ağır vəziyyyətlərə düşəndə bir çox insanlar kimi Ümumilli Liderin hakimiyyətə gəlməsini istəyirdi. O zaman Azərbaycan xalqı bütövlükdə Ümummilli Lider Heydər Əliyevin yanında idi. Xalqımız dahi şəxsiyyətin Azərbaycana verdiyi töhfələri yaxşı anlayır. Hazırda da onun qoyduğu yol, idayalar uğurla davam etdirilir. Ulu Öndər yalnız özü olan müddətdəki problemləri düşünməyib, həmçinin özündən sonrakı dövrdə də olan problemləri görmək, həll etmək iqtidarında olan bir insan idi. Özündən sonra qoyduğu quruluş onun ölkəmizə verdiyi ən böyük töhfələrdən biridir. İndiki dövrdə xarici siyasətimiz əsasında əldə edilən uğurların arxasında Ümummilli lider Heydər Əliyev siyasətinin yüksək səviyyədə davam etdirilməsi dayanır".
sia.az