PDF Oxu

Siyasət

  • 75

Samirə Quliyeva: “Azərbaycan gəncliyi hər zaman Dahi şəxsiyyətin siyasətinə sadiqliyini təcəssüm etdirir”

Samirə Quliyeva: “Azərbaycan gəncliyi hər zaman Dahi şəxsiyyətin siyasətinə sadiqliyini təcəssüm etdirir”

"Ulu Öndər bütün həyatı, fəaliyyəti ilə hər bir Azərbaycan gəncinə nümunədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin gənclər qarşısındakı xidmətlərindən danışarkən deyib.YAP GB sədrinin müavinin sözlərinə görə, ümumiyyətlə, insanlar Dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salsalar, tam qətiyyətlə bir fikir deyərlər ki, Heydər Əliyev gələcəyi, sabahı ilə yaşayan şəxsiyyət idi. Bir sözlə, onun bütün fəaliyyəti sabaha ünvanlanmışdı: "Dahi şəxsiyyət çox gözəl bilirdi ki, əgər biz gələcəyimizi təmin etməyəcəyiksə, zamandan və məkandan asılı olmayaraq bu gün əldə etdiyimiz nailiyyətin o qədər də böyük əhəmiyyəti olmayacaq. Bu baxımdan onun verdiyi hər bir qərardan, həyata keçirdiyi hər bir işdə, layihədə gənclərin burada xüsusi rolu var idi. Heç də təsadüfi deyil idi ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ilk yaratdığı qurumlardan biri də Gənclər və İdman Nazirliyi oldu. Dahi şəxsiyyət hər zaman çalışan və savadlı insanlara üstünlük verirdi. Düşünürəm ki, Ümummilli liderin Azərbaycan dövlətinə, xalqına xidmətləri həddindən artıq çox olub. Artıq Azərbaycanda elə bir gənclik yetişib formalaşıb ki, bu gənclik hər zaman dahi şəxsiyyətin siyasətinə sadiqliyini təcəssüm etdirir. Ulu Öndər, uzaqgörən siyasətçi Heydər Əliyevin qoyduğu bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etməkdədir".

sia.az

Digər xəbərlər