Müsavat Partiyasının Milli Şuradan getməsi ehtimalının artması müxalifətdə təzadlı fikirlərlə müşahidə olunur. SİA-nın məlumatına görə, AXCP funksionerləri Müsavatın Milli Şuranı tərk etməsini faciə hesab etmirlər.
"Müsavat Partiyası Milli Şuradan getsə belə qurum işinə davam edəcək". Bu sözləri AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli sözügedən açıqlamasında bildirib: "Milli Şura ilə bağlı Müsavat Partiyasının sərgilədiyi mövqe onların daxili işidir. Düşünürəm ki, Müsavat Partiyasının Milli Şuradan gedəcəyi halda qurum dağılmayacaq və öz fəaliyyətini davam etdirəcək".
Müsavat Partiyasının Milli Şuradan gedəcəyi halda qurumdan gedən və istefa verən şəxslərin və siyasi təşkilatların geri qayıtma ehtimallarına gəlincə isə cəbhə yetkilisi onların yenidən quruma daxil olunmayacaqlarını vurğulayıb: "Qayıtmaq istəsələr belə onların heç birini qəbul etməyəcəyik."
sia.az