PDF Oxu

Siyasət

  • 60

Bolqarıstanın nüfuzlu “Novinar” qəzetində “Bakı dünya elitasınının nümayəndələrini və 13 Nobel mükafatçısını bir məkana toplamışdır” sərlövhəli məqalə dərc olunmuşdur

Bolqarıstanın nüfuzlu “Novinar” qəzetində “Bakı dünya elitasınının nümayəndələrini və 13 Nobel mükafatçısını bir məkana toplamışdır” sərlövhəli məqalə dərc olunmuşdur

Bolqarıstanın nüfuzlu "Novinar" qəzetində "Bakı dünya elitasınının nümayəndələrini və 13 Nobel mükafatçısını bir məkana toplamışdır" sərlövhəli məqalə dərc olunmuşdur.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAc-a bildirilmişdir ki, məqalənin müəllifi həmin qəzetin III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş baş redaktoru Stoyan Sirakovdur.

Məqalənin əvvəlində, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə aparılmış islahatlar nəticəsində iqtisadiyyatı dinamik inkişaf edən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilərək "Qafqazın pələngi" adlandırılmasından bəhs edilir.

Enerji sektorunun sürətli inkişafı nəticəsində Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşmasından, paytaxtın daha da gözəlləşməsindən yazan müəllif Bakını Dubay, Las-Veqas kimi dünyanın ən məşhur göydələnlər şəhərlərinə bənzətmişdir.

Müəllif, eyni zamanda, Azərbaycan hökumətinin uğurlu xarici siyasəti nəticəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, Xəzər dənizinin sahilində yerləşən bu şəhərdə III Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsindən söz açmışdır. Bundan əlavə məqalədə, III Bakı Beynəlxalq Humanitar Forumdan öncə Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakı Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısının keçirilməsindən və bu tədbirlər çərçivəsində keçmiş prezidentlərin, baş nazirlərin və digər tanınmış şəxsiyyətlərin iştiraklarından bəhs edilmişdir.

Məlumat verilmişdir ki, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün 100-dən çox ölkədən 700-ə yaxın nümayəndə Azərbaycana gəlmişdir. Supermodern üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzində keçirilmiş Forumda dünya siyasi və intellektual elitasının nümayəndələri, rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm və mədəniyyət xadimləri, 13 Nobel mükafatı laureatı iştirak etmişdir.

Həmçinin məqalədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbrikləri barədə məlumat verilmişdir.

Forumun rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev ölkələr və xalqlar arasında humanitar sahədə əməkdaşlıqdan, vətəndaş cəmiyyətinin formalaşmasından, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafından, multikulturalizmin Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olmasından danışmışdır.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin Forumda iştirakından və çıxışından bəhs edilmişdir.

Müəllif Humanitar Forum çərçivəsində Naxçıvan şəhərinə səfərindən bəhs edərək, onu qədim xəzinə adlandırmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məhz bu şəhərdə anadan olduğunu xüsusi ilə qeyd etmişdir.

Məqalədə milli mətbəximizin zənginliyindən də söhbət açılmışdır.

AzərTAc

Digər xəbərlər