PDF Oxu

Siyasət

  • 77

Rumıniyanın milli bayramı şərəfinə

Rumıniyanın milli bayramı şərəfinə

Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Daniel Kristian Çiobanu ölkəsinin keçdiyi inkişaf yolu barədə məlumat vermişdir.

Azərbaycan-Rumıniya əlaqələrindən danışan diplomat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla bildirmişdir. O demişdir ki, 2011-ci ildə Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri qarşılıqlı əlaqələrin daha da inkişafına böyük töhfə vermişdir. Səfir rəsmi Buxarestin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığını alqışladığını və ölkəmizin Rumıniyaya sərmayə yatırılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.

Diplomat hər iki ölkənin səyləri nəticəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin Rumıniya xalqına təbriklərini, sülh və əmin–amanlıq arzularını çatdırmışdır.

Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq və iqtisadi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir enerji layihələrinin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, ölkələrimiz arasındakı dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Tədbir bədii hissə ilə davam etmişdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər