PDF Oxu

Siyasət

  • 97

Şahmar Mövsümov : Azərbaycan Respublikasının Dövlət Neft Fondu bundan sonra da Türkiyədə iri infrastruktur layihələrinə vəsait ayıracaqdır

Şahmar Mövsümov : Azərbaycan Respublikasının Dövlət Neft Fondu bundan sonra da Türkiyədə iri infrastruktur layihələrinə vəsait ayıracaqdır

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Avropa sərhədlərinədək nəqlini təmin etməyə hesablanmış Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində dövlətin iştirak payını maliyyələşdirməyə hazırlaşır.

Bu sözləri ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov İstanbulda keçirilən III Xəzər Forumundakı çıxışında demişdir.

Onun sözlərinə görə, ARDNF Bakı-Tbilisi-Ceyhan layihəsində dövlətin iştirak payını maliyyələşdirmişdir.

Ş.Mövsümov bildirmişdir ki, ARDNF bu ildən etibarən Türkiyədə STAR neft emalı zavodunun tikintisinə sərmayə yatırmağa başlamışdır.

İcraçı direktor demişdir ki, ARDNF bundan sonra da Türkiyədə iri infrastruktur layihələrinə vəsait ayıracaqdır.

yap.org.az

Digər xəbərlər