"Gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması" layihəsi həyata keçirilməyə başlanacaq. Bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit saniyə internetə çıxış əldə edəcək insanların sıxlığını 85%-ə çatdırılacaq. Bu da həmin müddət üçün inkişaf etmiş ölkələr həcmində olacaq". Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Ə.Abbasov bildirib ki, hazırda Facebook sosial şəbəkəsində Azərbaycan vətəndaşların sayı 1 milyon 250 mini ötüb. Onun sözlərinə görə, Azərbaycanda internetin 2020-ci ilə kimi bütün evləri əhatə etməsi istiqamətində mühüm işlər görülür.
"İnternetin imkanlarını genişləndirmək üçün ona lazım olan xidmətlər verilməlidir. Bunun da əsasını elektron xidmətlər təşkil edir. Bu gün internet istifadəçilərinin 10% elektron xidmətlərdən istifadə edir, 40% internet xidmətlər isə elektronlaşdırılıb. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərdən əhalinin 100% əhatə olunması və xidmətlərin 80%-nin elektronlaşdırılması nəzərdə tutulur"- deyə, nazir vurğulayıb.
yap.org.az