PDF Oxu

Siyasət

  • 62

Məlahət İbrahimqızı: “Bu, olduqca qürurverici məqamdır”

Məlahət İbrahimqızı: “Bu, olduqca qürurverici məqamdır”

Hər kəs Prezident İlham Əliyevin mükəmməl diplomat və güclü siyasətçi olduğunu bilir və yüksək qiymətləndirir. Bu sözləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib. O İstanbulda keçirilən III Xəzər Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin təltif edilməsilə bağlı deyib ki, bu, olduqca qürurverici məqamdır: "Dövlət rəhbərimizin son 10 ildə apardığı mütərəqqi siyasətin bəhrəsini biz hər an izləyirik. Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasi xətt Azərbaycanın regiondakı inkişafı, stabilliyi və əmin-amanlığının qorunması məqsədini daşıyır".Millət vəkili deyib ki, Prezident İlham Əliyevin reallaşdırdığı siyasət təkcə Azərbaycan üçün deyil, eyni zamanda bölgəmiz - qardaş Türkiyə, qonşu Gürcüstan, eləcə də Avropa məkanı üçün əhəmiyyətli faktordur.

sia.az

Digər xəbərlər