PDF Oxu

Siyasət

  • 74

Erməni qadınlar prezident iqamətgahına hücum ediblər

Erməni qadınlar prezident iqamətgahına hücum ediblər

Erməni qadınlar prezident iqamətgahına hücum ediblər. Bu haqda SİA Ermənistanın "Epress" saytına istinadən xəbər verir. Qadınlar prezident Sərkisyanın onların yanına gəlməsini və xalqın yoxsul vəziyyətdə yaşamasına görə cavab verməsini tələb ediblər.Sayt onu da qeyd edir ki, yürüşün əsas təşkilatçısı müharibə veteranı Susanna Marqaryan olub. Yürüş zamanı o, bəyan edib ki, Serj Sərkisyan üçün "sürpriz" hazırlamaq məqsədi ilə qadınlar çantalarından boş qazan çıxarıb dövlət başçısının iqamətgahına tərəf atıblar.Yürüşə qatılan qadınlar "Sərkisyan, sən hər şeyi yemisən, daha nə istəyirsən? Oğru, cinayətkar, ailələri, uşaqları istismar edən dələduz. Qazanları sənə hədiyyə gətirmişik, bişir ye, onsuz da gözün doymur" şüarları ilə prezident iqamətgahına soxulmağa çalışıblar.

sia.az

Digər xəbərlər