PDF Oxu

Siyasət

  • 92

Politoloq: “5 il bundan qabaq həmsədr ölkə prezidentlərinin heç bir bəyanatı olmayıb”

Politoloq: “5 il bundan qabaq həmsədr ölkə prezidentlərinin heç bir bəyanatı olmayıb”

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışı ilə beynəlxalq ictimaiyyətə növbəti dəfə hörmətsizlik nümayiş etdirib". Bu sözləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.E.Nalbandyanın "həmsədrlərinin son 5 ildəki fəaliyyəti münaqişənin həlli üçün əsas təşkil edə bilər" fikrinə münasibət bildirən politoloq deyib ki, 5 il bundan qabaq həmsədr ölkə prezidentlərinin heç bir sənədi olmayıb: "Həmsədr ölkə prezidentlərinin bəyanatının cəmi 4 yaşı var. Ancaq E.Nalbandyan deyir ki, həmsədrlərin 5 il bundan qabaq qəbul etdiyi sənəd münaqişənin həlli üçün əsas təşkil edə bilər. Yenilənmiş Madrid Prinsipləri 4 il bundan qabaq, yəni 2009-cu ildə qəbul olunub. E.Nalbandyan həyasızlıq edərək beynəlxalq ictimaiyyəti, hətta Rusiyanı aldatmağa çalışır".Politoloq bildirib ki, Ermənistan həmsədr ölkələr arasındakı fikir müxtəlifliyindən öz xeyrinə istifadə etməyə çalışır: "Prezidentlərin Vyana görüşündən qabaq Edvard Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu tezisi səsləndirib. Ancaq o zaman Ermənistanı Gömrük İttifaqına satmaqla, Rusiyanı bir qədər sakitləşdirdilər. Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər etdikən sonra Azərbaycanpərəst mövqeyə qayıdıb. Bir neçə gün bundan qabaq Rusiya xarici işlər naziri Sergey Lavrov çıxışında bəyan etdi ki, ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin bəyanatı yaxşı bazadır və bunun əsasında münaqişənin həlli istiqamətində razılaşma əldə olunmalıdır".

Azərbaycan bu nüansı nəzərə alaraq ABŞ-la təcili danışıqlar aparılmalıdır

M.Əhmədoğlunun sözlərinə görə Rusiyanın münaqişənin həlli ilə bağlı bəyanatından sonra ABŞ bundan istifadə edərək Ermənistanı özünə tərəf çəkməyə çalışır: "Ermənilər ABŞ-ı inandırıblar ki, onlar Rusiyanı boğacaqlar. Bu gün ABŞ sırf ermənipərəst siyasət aparır. ABŞ-ın Dağlıq Qarabağla bağlı son bir həftədəki siyasəti açıq anti-Azərbaycan siyasətidir. Hesab edirəm ki, Azərbaycan bu nüansı nəzərə alaraq ABŞ-la təcili danışıqlar aparılmalıdır. Yəni, ABŞ-ın Azərbaycanın əleyhinə davam edən siyasi kursu aradan qaldırılmalıdır"."Təxminən 10 gün bundan qabaq ABŞ-ın Ermənistandakı səfiri Con Heffern mətbuata bəyanatında deyib ki, ABŞ Dövlət Katibi Con Kerrinin ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikə danışıqları yeniləməsini tapşırıb. Bu bəyanatdan bir qədər əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan danışıqların yeni mərhələsinə başlamışdı. Yəni bununla Ermənistan prezidenti razılaşmışdı. C.Uorlik isə Qondarma qurumun parlamentinin "spikeri" Aşot Qulyanla görüşdü. Sonra "Twitter"dəki səhifəsində yazdı ki, "Dağlıq Qarabağla sülh bağlamaq lazımdır. Guya Dağlıq Qarabağ ayrı bir subyektir. Dünən ATƏT xarici işlər nazirləri şurasının iclasında ABŞ Dövlət Katibinin Avrasiya məsələləri üzrə yardımçısı isə dedi ki, Gürcüstan, Moldova və Dağlıq Qarabağa səyləri artırmalıyıq. Gürcüstan və Moldova müstəqil dövlətdir. Bəs Dağlıq Qarabağın adı niyə müstəqil dövlətlərlə bir hallanır? - deyə, M.Əhmədoğlu fikirlərini əsaslandırıb.Politoloq vurğulayıb ki, ermənilər bu regiondan Rusiyanı biyabırçı şəkildə qovacaqlarına ABŞ-ı inandırıblar: "Bundan başqa onlar ABŞ-ı inandıra biliblər ki, Dağlıq Qarabağ münaqişəsi bu məsələni həll etməkdə ermənilərə mane olur. ABŞ münaqişə ilə bağlı Ermənistana kömək etsə, guya ermənilər Rusiyanı regiondan qovacaq. Rusiya Kazan görüşündən qabaq başqa mövqedə olduğu halda görüşdən sonra mövqeyini dəyişdiyi kimi, Azərbaycanın fəaliyyəti nəticəsində ABŞ-ın da mövqeyi tezliklə dəyişəcək".

M.Əhmədoğlu hesab edir ki, ermənilər ABŞ və Rusiya arasında gedən mübarizədən istifadə edərək özlərinə mövqe qururlar, bu da beynəlxalq ictimaiyyətə qarşı tərbiyəsizlik və hörmətsizlikdir.

sia.az

Digər xəbərlər