PDF Oxu

Siyasət

  • 82

Britaniyanın “New Statesman” jurnalı: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft sənayesi də daxil olmaqla bütün sahələrdə köklü islahatlar aparılmış və sürətli inkişafa nail olunmuşdur

Britaniyanın “New Statesman” jurnalı: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft sənayesi də daxil olmaqla bütün sahələrdə köklü islahatlar aparılmış və sürətli inkişafa nail olunmuşdur

Britaniyanın həftəlik siyasət və mədəniyyət jurnalı "New Statesman" Azərbaycanın neft sənayesindəki uğurlarından bəhs etmişdir.

Məqalədə Neft daşları yatağının tarixindən bəhs edilmiş, dünyanın ilk dəniz neft platformasının burada yaradıldığı bildirilmişdir. Yazıda Azərbaycanın neft sənayesinin tarixi haqqında da məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft sənayesi də daxil olmaqla bütün sahələrdə köklü islahatlar aparılmış və sürətli inkişafa nail olunmuşdur. Diqqətə çatdırılmışdır ki, bu inkişafın başlıca təzahürlərindən biri də Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş "Qara şəhər" adlanan ərazisində ən müasir və böyük yaşayış mərkəzi – "Ağ şəhər"in salınması olmuşdur.

Məqalədə, həmçinin vurğulanmışdır ki, Bakının son illərdəki sürətli inkişafı dünyanın məşhur brend və firmalarının paytaxta marağını artırmışdır. Məqalədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyevin ölkəmizdə turizmin inkişafı ilə bağlı fikirlərinə yer verilmişdir.

Bundan başqa Azərbaycanın neft və qaz boru kəmərləri layihələri ilə Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı diqqətə çatdırılmışdır.

Son illərdəki uğurları ilə yanaşı, Azərbaycanın bütün sahələrdə gələcəyə yönəlmiş yeni inkişaf layihələrinin də mövcudluğu qeyd edilmişdir.

yap.org.az

Digər xəbərlər