PDF Oxu

Siyasət

  • 51

Əhməd Davudoğlu: Ermənistan blokada vəziyyətindən çıxmaq istəyirsə işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir

Əhməd Davudoğlu: Ermənistan blokada vəziyyətindən çıxmaq istəyirsə işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması Cənubi Qafqazdakı siyasi vəziyyətdən və sülhün yaranmasından asılıdır.

Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu demişdir.

Nazir bildirmişdir ki, rəsmi Ankara ilə Yerevan arasında diplomatik münasibətlər qurulsa belə, bölgədə sülh olmasa bu əlaqələr hər an kəsilə bilər.

Ə.Davudoqlu qeyd etmişdir ki, bu gün bölgədə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir. Hər üç ölkə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirirlər. Lakin Ermənistan bu əməkdaşlıqda iştirak etməkdən imtina edərək özünü təcrid olunmuş vəziyyətə salmışdır. Əgər Ermənistan blokadadan çıxmaq istəyirsə işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

yap.org.az

Digər xəbərlər