Gələn ilin yanvar ayında Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması ilə bağlı tender elan olunacaqdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında demişdir ki, artıq Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı müzakirələr və təhlillər başa çatmışdır. Bununla bağlı gələn ilin yanvar ayında tender elan olunacaqdır. Tender məhdud saylı şirkətlər arasında keçiriləcəkdir.
yap.org.az