PDF Oxu

Siyasət

  • 73

Vyetnamın “Dan Tri” qəzetində Azərbaycan haqqında məqalə dərc olunmuşdur

Vyetnamın “Dan Tri” qəzetində Azərbaycan haqqında məqalə dərc olunmuşdur

Vyetnamda geniş oxucu auditoriyası olan "Dan Tri" qəzetində Azərbaycan haqqında məqalə dərc olunmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, "Dünya xəritəsində özünəməxsus yeri və geniş potensialı olan Azərbaycan" sərlövhəli məqalədə ölkəmizin keçdiyi inkişaf yolu, son illər regionda və beynəlxalq miqyasda qazandığı nailiyyətlərdən söhbət açılır.

Yazıda, həmçinin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, ölkəmizin təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən enerji və infrastruktur layihələri, tariximiz, mədəniyyətimiz və turizm potensialımız haqqında geniş məlumat öz əksini tapmışdır.

AzərTAc

Digər xəbərlər