PDF Oxu

Siyasət

  • 74

"Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini "xorla" təsdiq edir"

"Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini "xorla" təsdiq edir"

"Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini "xorla" təsdiq etsələr də, işğal faktının aradan qaldırılması ilə bağlı real işə gəldikdə ciddi addımlar atmırlar". SİA-nın məlumatına görə, bunu millət vəkili Fəttah Heydərov bu gün Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilən "dəyirma masa"da çıxışı zamanı deyib.Onun sözlərinə görə, 20 ildən artıqdır ki, Azərbaycan vətəndaşlarının fundamental hüquqları kobud sürətdə pozulur və beynəlxalq təşkilatlar da bununla bağlı qərarlar qəbul etsələr də onun icrasında israrlı görünmürlər: "Beynəlxalq hüquq prinsiplərinə lazımı şəkildə riayət olunmur. Bu istiqamətdə müəyyən soyuqluq nümayiş etdirirlər. 15 ildən artıqdır ki. ATƏT Parlament Assambleyasının üzvləri kimi hər sessiyada Ermənistanın təcavüzü və işğal nəticəsində insan haqlarının pozulması ilə bağlı məsələ qaldırılır. Müzakirələrdə və keçirilən görüşlərdə müxtəlif ölkələrin nümayəndələri bizimlə həmrəy olaraq "xorla" Ermənistanın Azərbaycana qarşı təcavüzünü və insan haqlarını kobud şəkildə pozduqlarını təsdiq edirlər. Lakin real işə gəldikdə isə tamam başqa mövqe sərgiləyirlər".Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə insan hüquqlarının qorunması sahəsində irəliləyişlərdən danışaraq buna misal olaraq ASAN xidməti göstərib. O, bu xidmətin fəaliyyətini dövlət bu sahədə uğuru kimi xarakterizə edib.Millət vəkili İlyas İsmayılov isə hazırda Azərbaycanda məhkəmə sistemində insan hüquqlarının pozulması ilə bağlı faktların olduğunu deyib. İ. İsmayılov xeyli vaxtdır məhkəmələrdə bəraətlərin olmamasını xatırladaraq bunu insan haqları ilə bağlı kobud hal olduğunu bildirib. O, həmçinin ölkədə inzibati sistemdə yalnız bir partiyanın təmsil olunmasını insan hüquqları üçün nöqsan hesab edib. Millət vəkili Çingiz Qənizadə Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində ciddi işlərin görüldüyünü və müəyyən problemlərin də mövcud olduğunu qeyd edib.O, həmçinin bəzi hüquq müdafiəçiləri tərəfindən hər hansı bir rayonda məmurun vətəndaşın hüququnun pozmasını dövlət siyasəti səviyyəsində həyata keçirilməsi kimi təqdim edilməsinin əleyhinə olduğunu deyib: "Bu gün ölkədə bir nəfər hüququ pozulan şəxsi qəbul etməyən hüquq müdafiəçisi internet qarşısında əyləşərək, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat hazırlayır və bunu başqa ölkələrə təqdim edir. Belə əməkdaşlıq nəticəsində onlar başqa ölkələrdən qrant alırlar və ölkənin mənafeyinə zidd fəaliyyət göstərirlər. Fikrimcə, hüquq müdafiəçisi Azərbaycanın ucqar ərazilərində olan hüququnun pozulması halları ilə qarşılaşan şəxslərlə maraqlanmalı və məsələnin həllini danışıqlar, lazım gəldikdə isə məhkəmə yolu ilə təmin etməyə çalışmalıdır".

sia.az

Digər xəbərlər