PDF Oxu

Siyasət

  • 75

Fəzail Ağamalı: “Milli Şura” yoxdur, artıq bitib”

Fəzail Ağamalı: “Milli Şura” yoxdur, artıq bitib”

"Müxalifət mitinq keçirəcəyilə bağlı məlumatları kütləvi informasiya vasitələrinə ötürməklə gündəlikdə qalmaq istəyir. Milli Şura yoxdur, artıq bitib. Hadisələr göstərdi ki, müxalifətin sosial bazası və təşkilati şəbəkəsi yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.O qeyd edib ki, Müsavat və AXCP prezident seçkilərindəki məğlubiyyətlərini göz önünə gətirərək özlərini sığortalamaq üçün Milli Şura adlı layihədə iştirak etdilər: "Cəmil Həsənli də onların namizədi kimi seçkilərə qoşuldu. O, Əli Kərimlinin hazırladığı "şparqalka" ilə təbliğat-təşviqatla məşğul oldu. Məğlubiyyətlərinin də hamı şahidi oldu".

sia.az

Digər xəbərlər