PDF Oxu

Siyasət

  • 61

Asim Mollazadə: “İran Ermənistanın ən yaxın müttəfiqidir”

Asim Mollazadə: “İran Ermənistanın ən yaxın müttəfiqidir”

"İran Ermənistanın ən yaxın müttəfiqi olduğu üçün təbii qazı ona daha ucuz qiymətə satır". Bu sözləri SİA-ya Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə İranın Ermənistana Türkiyədən daha ucuz qiymətə təbii qaz təchizatı təklifinə münasibət bildirərəkən deyib.Onun sözlərinə görə, Ermənistana təbii qaz təchizatını Rusiya kubmetri 189 dollara verdiyi halda, İran Ermənistana kubmetri 100 dollar vəsaitə almağı təklif edib: "Ermənistan hakimiyyəti bu təklifi məlum olmayan səbəblərdən dəyərləndirmədi. Lakin o da bəllidir ki, İran Ermənistanın ən yaxın müttəfiqi olduğu üçün hər iki ölkə öz aralarnda müəyyən razılaşmalar edə bilərlər. Eyni zamanda, İranın Türkiyəyə daha baha qiymətə qaz təchizini də göstərmək mümkündür".

sia.az

Digər xəbərlər