PDF Oxu

Siyasət

  • 90

Azərbaycan və Yaponiya arasında İKT sahəsində əlaqələr genişlənir

Azərbaycan və Yaponiya arasında İKT sahəsində əlaqələr genişlənir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində rəsmi səfərdədir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, səfərin məqsədi iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsidir.

Dekabrın 12-dək davam edəcək səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, nümayəndələr Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin, Yüksək Texnologiyalar Mərkəzinin (TEPIA), Radio-televiziya Yayım Korporasiyasının (NHK) fəaliyyəti ilə tanış olacaqlar.

yap.org.az

Digər xəbərlər