"Neft ixrac etməsək valyuta ehtiyatlarımız 5 il özümüzü təmin etməyə kifayət edər". Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.
S.Həsənova qeyd edib ki, valyuta ehtiyatlarımız xarici borclanmanı dəfələrlə üstələyir. Onun sözlərinə görə, xarici borclanma ÜDM-in cəmi 7-8 faizini təşkil edir.
Nazir müavini bildirib ki, hər il ölkədə qeyri-neft sektoru inkişaf edir, ÜDM-də onun payı artır. "Biz bu inkişafla 2020-ci il üçün nəzərdə tutduğumuz göstəricilərə çatacağıq. Bizim strategiyanın əsas vəzifəsi də budur"- deyə, S.Həsənova vurğulayıb.
yap.org.az