Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
yap.org.az