PDF Oxu

Siyasət

  • 87

Elmira Süleymanova: Soyqırımın ən qəddarı ermənilər tərəfindən Xocalıda törədilib

Elmira Süleymanova: Soyqırımın ən qəddarı ermənilər tərəfindən Xocalıda törədilib

"Ermənistan gələn il qondarma "erməni soyqırımının" 100 illiyini qeyd etmək istəyir. Biz də onlardan çox, onlardan da köklü faktlara əsaslanan ədəbiyyat nəşr etməliyik, tədbirlər həyata keçirməliyik". Bu fikirləri İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, dünyada ilk dəfə olaraq genosidin qarşısını almaq və onu törədənləri cəzalandırmaq haqqında Konvensiya işləndi və qəbul olundu. Bu Konvensiya xüsusi əhəmiyyət kəsb edir.

Dünya tarixində bir sıra genosid aktlarının baş verdiyini deyən E.Süleymanovanın fikrincə, əslində ermənilər özləri soyqırım siyasəti həyata keçirirlər.

"Soyqırımın ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti zamanı ermənilər tərəfindən Xocalıda törədilib. Əslində Xocalı soyqırımı son soyqırım olmadı. Bundan sonra da bir neçə yerdə özündə genosid əlamətlərini daşıyan bir sıra belə hadisələr baş verdi"- deyə, ombudsman vurğulayıb.

yap.org.az

Digər xəbərlər