PDF Oxu

Siyasət

  • 76

Ulu Öndərin vəfat etməsinin 10-cu ildönümü ilə əlaqədar Şəmkirdə tədbir keçirilib

Ulu Öndərin vəfat etməsinin 10-cu ildönümü ilə əlaqədar Şəmkirdə tədbir keçirilib

Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin vəfat etməsinin 10-cu il dönümü ilə əlaqədar olaraq anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin Şəmkir rayonunun mərkəzində yerləşən əzəmətli heykəli önünə tər gül çiçək dəstələri düzməklə başlanıb və yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində davam etdirilib.Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlib. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs, lider kimi təsdiq edib.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.Sonra çıxış edən Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadəyə qeyd edib ki, Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycan xalqının özünə güvəninin, gələcəyə inamının artırılması yönündəki müstəsna xidmətləri ilə bağlı təbii ki, saatlarla danışmaq olar və bunu bir yazıya sığdırmaq mümkün deyil.Azərbaycanın bütün uğurları Heydər Əliyevlə bağlıdır. Bu, şanlı, şərəf dolu bir tarixdir! İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda O, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq və həmişə seviləcək! Azərbaycanı parçalanmalardan qorumaqla, uğursuzluq zolağından çıxarmaqla və əzmlə irəliyə - uğurlara aparmaqla!1993-cü ilin iyununda ölkədə siyası böhranın son dərəcə kəskinləşməsi zamanı yeganə çıxış yolu Heydər Əliyevin Bakıya, siyasi rəhbərliyə dəvət edilməsi idisə, növbəti illərdə o, artıq Azərbaycanın özü – taleyi idi. Bu tale, bu tarix onunla addımbaaddım irəliləyirdi, o, uğurlara imza atırdı və tarix yazılırdı. Bu iki ad Azərbaycanın çağdaş tarixində və taleyində qoşalaşmışdı, qoşa qanad idi və birini o birisiz təsəvvür etmək mümkün deyildi...Sonra çıxış üçün söz Şəmkir rayon Zəka İntelektual Gənclər Mərkəzinin direktoru Araz Paşayevə verilib. A.Paşayev bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur: "Amma düşünürəm ki, Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı xidmətləri və müasir Azərbaycanın tarixindəki rolu daha geniş məzmuna və mənaya malikdir. Heydər Əliyev bu gün vətəndaşlarımız tərəfindən müasir Azərbaycan cəmiyyətinin qurucusu kimi də qəbul edilir. Təbii ki, Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olması Azərbaycan xalqı tərəfindən Onun ən böyük xidməti kimi dəyərləndirilməkdədir. Əminliklə demək olar ki, hazırda Azərbaycanın mövcudluğu, inkişafı və tərəqqisi bu dövlətin Heydər Əliyev tərəfindən yaradılmış özülünün kifayət qədər möhkəmliyi ilə əlaqədardır.Sonra çıxış üçün söz Şəmkir rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Cavanşir Pirverdiyevə verilib. C.Pirverdiyev bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi insanlarımızın milli həmrəylik və birlik simvoluna çevrilib. Heydər Əliyev şəxsiyyəti, adı və ideyaları ətrafında birləşən Azərbaycan cəmiyyəti daha güclü, qüdrətli və əzəmətli görünür. Bütün bunların hamısı təbii ki, Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı müstəsna roldur, həyata keçirdiyi müstəsna xidmətlərdir və tarixi missiyadır. Eyni zamanda, vurğulanmalıdır ki, əslində bu missiya Azərbaycanda Heydər Əliyevin ideyalarının bu gün də davam etdirilməsi formasında özünü göstərməkdədir. Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, onun müəyyənləşdirdiyi siyasət, formalaşdırdığı dövlət və dəyərlər bu gün də fəaliyyətdədir, Azərbaycan xalqına xidmət edir. Heydər Əliyevin azərbaycançılıq prinsipi dövlətimizin ideya, məfkurə əsasını təşkil etməklə, Azərbaycanda milli həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir.Tədbirin sonunda Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.

sia.az

Digər xəbərlər