Azərbaycanın İrandakı səfirliyində və Təbrizdəki baş konsulluğunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anma mərasimləri keçiriləcək. SİA-nın məlumatına görə, İran rəsmilərinin, ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak edəcəkləri mərasimlərdə Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair film nümayiş etdiriləcək, dahi şəxsiyyətin xilaskarlıq missiyasını, xalqımız qarşısında əvəzolunmaz xidmətlərini, müasir Azərbaycan dövlətinin inkişaf istiqamətlərini əks etdirən əyani vəsaitlər sərgilənəcək, iştirakçılara kitab və jurnallar, maraqlı ədəbiyyat nümunələri paylanacaq.
sia.az