"Lidersiz partiyada ciddi problemlər yaşanır". Bu sözləri SİA-ya AMİP funksioneri Əli Orucov Rəsul Quliyevin "Müsavat başqanı İsa Qəmbər partiyadan istefa verərsə, Müsavat bir partiya kimi öz nüfuzunu qorumuş olar" kimi fikirlərinə münasibət bildirərəkən deyib.Məsələyə aydınlıq gətirən Əli Orucov bildirdi ki, İsa Qəmbər partiyadan istefa vermək niyyətində deyil: "İsa Qəmbər sadəcə başqanlıqdan istefa vermək istəyir. O gedərsə partiyadaxili istefaların və çaxnaşmaların olacağı gözlənilir. Bir sözlə, bir partiyanın lideri yoxdursa, o partiyada ciddi problemlər yaşanır. O, Rəsul Quliyevin fikirləridir və mən Rəsul Quliyevin fikirləri ilə şərik deyiləm".
sia.az