PDF Oxu

Siyasət

  • 95

"Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihə həyata keçirilib

"Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihə həyata keçirilib

Bu gün Bakıda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihə həyata keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AGAT-ın sədri Gülsel Səfərova, Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və beynəlxalq qurumların nümayəndələri qatılıb.Forumu giriş nitqi ilə AGAT-ın sədri Gülsel Səfərova açaraq deyib ki, layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir. Bildirilib ki, uzun illərdir ki, bu istiqamətdə çalışılır: "AGAT bir çox təşkilatların üzvüdür. Bununla belə təşkilatın 30 ildən artıqdır ki, Avropa ölkəsində dayanıqlı tərəfdaşları və partnyorları var. Bu, üçüncü beynəlxalq tədbirdir ki, Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir. Düşünürəm ki, Azərbaycanda həyata keçirilən Avrointeqrasiya istiqamətində siyasət həm gəncliyin işini ifadə edir, həm də dövlətlə gənclər təşkilatları arasındakı körpünün sağlam və ölkəmizin Avrointeqrasiya prosesində nə dərəcədə maraqlı olduğunun göstəricisidir".Daha sonra Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev forumun əhəmiyyəti ilə bağlı dəyərli fikirlərini bölüşüblər.Qeyd edək ki, Forumun əsas mövzuları "Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu", "Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi", "Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri" ,"Şərq tərəfdaşlığı" və s. olacaq. Forumda iştirakçı qismində 10 Avropa ölkəsindən 15 nəfər vəsiqə qazanıb.Forumda Fransa, Almanya, İsveçrə, Türkiyə, B. Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan kimi ölkərənin gənc fəalları iştirak edir. "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihəyə dekabrın 13-də yekun vurulacaq.

sia.az

Digər xəbərlər