PDF Oxu

Siyasət

  • 72

Azərbaycanın energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedəcəkdir

Azərbaycanın energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedəcəkdir

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olacaqdır.

Energetika Nazirliyindən bildirmişlər ki, nümayəndə heyəti "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən "500/400/220" kV-luq "Axalcixe" yarımstansiyası və qonşu ölkəni Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq elektrik verilişi xəttinin açılış mərasimində iştirak etmək üçün bu ölkəyə gedəcəkdir.

Açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının nümayəndələri, səfirlər və digər yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir.

yap.org.az

Digər xəbərlər