PDF Oxu

Siyasət

  • 67

Rəbiyyət Aslanova: İnsan hüquqları XXI əsrdə bəşəriyyəti narahat edən məsələlərdən biridir

Rəbiyyət Aslanova: İnsan hüquqları XXI əsrdə bəşəriyyəti narahat edən məsələlərdən biridir

"İnsan hüquqları XXI əsrdə bəşəriyyəti narahat edən məsələlərdən biridir". Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

İkinci Dünya müharibəsindən sonra qəbul edilən Ümumdunya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışan R.Aslanova bildirib ki, bu bəyannamə insan hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində zəbt edilməsi və nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsi məsələsinə toxunan komitə sədri qeyd etdi ki, XXI əsrdə BMT-nin bir üzvünün digər üzvünə qarşı işğalçılıq siyasəti yeritməsi yolverilməzdir.

Komitə sədri bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır. "Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq etmək niyyətindəyik"-deyə, komitə sədri qeyd edib.

yap.org.az

Digər xəbərlər