"Azərbaycanda insan hüquqlarının təmin edilməsinin ən bariz nümunəsi və bu istiqamətdə atılan addımlardan biri "ASAN xidmət"in yaradılmasıdır". Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, "ASAN xidmət" mərkəzlərində 500 mindən artıq vətəndaşa xidmət göstərilib. Onun sözlərinə görə, təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir. "Bu mərkəzləri Azərbaycanda insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində ən bariz nümunə hesab etmək olar. Bu xidmətin fəaliyyətində aşkarlıq və şəffaflıq ən mühüm göstəricidir"- deyə, Ə.Hüseynli vurğulayıb.
yap.org.az